Təhsil naziri Cocuq Mərcanlıya səfər edib
Təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, nazir Füzuli rayonunun Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.
Daha sonra Cocuq Mərcanlı kəndinə gedən nazir kənd tam orta məktəbində olub. Məktəbdə yaradılan şərait, tədrisin gedişi ilə maraqlanan nazir Mikayıl Cabbarov sinif otağına elektron lövhə hədiyyə edib: "Dinc, firavan həyatın bu bölgəyə qayıtmasının ən gözəl rəmzi məktəbin fəaliyyət göstərməsi, burada olan uşaqların keçdiyi təlim tədris prosesidir. Əminlik hissimi ifadə etmək istəyirəm ki, bu məktəbin və məzunlarının nəticələri də gələcəkdə bizi sevindirəcək".
Nazir Cocuq Mərcanlı kənd məktəbindəki görüşdən sonra Horadiz şəhərində Füzuli, Beyləqan, Ağdam və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdə sözügedən rayonların Təhsil şöbələrinin müdirləri və regional idarələrin nümayəndələri də iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV