Lavrov: "Terrorçular ABŞ-ın nəzarətindəki bölgələrdən qaçıb xilas olurlar"

"Bəzi hallarda ABŞ hərbçiləri Suriya və İraqdakı terrorçuların hədəfdən yayınmasına kömək edir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

O bildirib ki, son günlər həm İraq, həm də Suriyanın ABŞ hərbçilərinin nəzarətində olan bölgələrindən silahlı terrorçular müəmmalı şəkildə qaçmağa müvəffəq olub.

 

Rusiya baş diplomatının sözlərinə görə, hazırda rəsmi Moskva bu cür halların səbəblərini araşdırır. S. Lavrov həmçinin 2016-cı ildə ABŞ-la Suriya müxalifəti və terrorçularının fərqləndirilməsi barədə imzalanan razılaşmanı xatırladıb və Vaşinqtonun sənədin müddəalarına əməl etmədiyini bildirib.

 


 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR