Kərkük valisi dəyişdi, İraq ordusu bir şəhəri və strateji mövqeləri ələ keçirdi - KÜRDLƏR QAÇIR
İraq ordusunun gecə saatlarında başlatdığı Kərkük əməliyyatı davam edir.
APA TV-nin məlumatına görə, Şimali İraq Kürd Muxtariyyətinə bağlı peşmərgələrin bir sıra strateji nöqtədən çəkildiyi açıqlanıb.
İraq ordusu şəhərin cənub istiqamətində Keyvan hərbi bazası, Kərkük hava limanı, Kərkük Elektrik Stansiyası, neft və qaz yataqları olan əraziyə nəzarəti bərpa edib. Şimali İraq Neft Şirkəti və yaxınlıqdakı neft emalı zavodu döyüşsüz alınıb. Bu arada Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu İraq Kürdüstan Demokrat Partiyasının nəzarətində olan peşmərgələr İraq Kürdüstan Yurdsevərlər Birliyinə (İKYB) bağlı peşmərgələri mövqelərini döyüşsüz tərk etməkdə ittiham ediblər. İKYB-nin peşmərgələrə məsul nümayəndəsi Vesta Resul İraq ordusuna müqavimət göstərəcək gücləri olmadığı üçün geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib. V. Resul İraq ordusunun 350 tank və ağır silahlarla hücum etdiyini açıqlayıb. İKYB-nin peşmərgə komandanı Aras Şeyh Cengi isə İraq ordusunun Kərkük əməliyyatının beynəlxalq anlaşma çərçivəsində həyata keçirildiyini iddia edib.
Bu arada İraq Kürdüstan Bölgə Muxtariyyəti hakimiyyəti tərəfindən Kərkükə yerləşdirilən 700-ə yaxın PKK terrorçuları şəhərdə yeni müdafiə xətti yaratmağa çalışır və bununla bağlı görüntüləri "Anadolu" agentliyi yayıb.
İraqın baş naziri Heydər əl-İbadi ərəb əsilli Rakan Said Ali Cuburiyi Kərkük valisi təyin edib. Cuburi kürd əsilli vali Nəcməddin Kərimin köməkçisi olub.
Son xəbərlərə görə, İraq ordusu Tuzhurmatuya girib.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV