İsrail təyyarələri Əsəd qüvvələrini bombaladı

İsrail aviasiyası Suriya hərbi birləşmələrini bombalayıb. APA TV-nin məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyi - "TSAXAL" açıqlama yayıb.

Zərbələr Dəməşq yaxınlığındakı hərbi bazaya endirilib. Rəsmi Təl-Əviv bunu İsrail kəşfiyyatçı-təyyarələrinin atəşə tutulmasına cavab olaraq dəyərləndirib.

Hərbi bazaya dörd bomba atılıb, ərazi tamamilə dağılıb. "Əsəd rejimi ölkə ərazisindən həyata keçirilən istənilən hərbi davranışa cavabdehdir. Biz təyyarələrimizə atəş açılmasını təxribat kimi qəbul edirik, belə hallara qarşı hər zaman sərt tədbirlər görəcəyik" - deyə Müdafiə Nazirliyindən bildirilib.


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR