ABŞ üç nüvə aviadaşıyıcısını Şimali Koreya sərhədinə göndərdi
ABŞ və Cənubi Koreya hərbçiləri birgə genişmiqyaslı təlimlərə start verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, təlimlər Şimali Koreya sərhədləri yaxınlığında - Sarı VƏ Yapon dənizlərində keçirilir.
Təlimlərə ABŞ-dan "Roinald Reyqan", "Stetem" və "Mastin" nüvə aviadaşıyıcıları, Cənubi Koreyadan isə "Böyük Sedjon" esminesi qatılıb. Bu gün və sabah Pentaqonun daha bir neçə gəmisi əraziyə çatacaq. Onların arasında nüvə sualtı gəmisi də var. Həmin gəmi dənizin dərinliyindən nüvə başlıqlı raket zərbələri endirməyə qadirdir. Bu gəminin heyətinə xüsusi tapşırıq verildiyi bildirilir.
Təlimlər cümə yekunu yekunlaşacaq.
Start verilən təlimlərə Pxenyandan hələlik reaksiya bildirilməsə də, bunun bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyi istisna olunmur.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV