Saakaşvili Xarkovda mitinq keçirdi: "Məni öldürmək istəyirlər"
Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynanın Xarkov şəhərində mitinq keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, siyasətçi iqtidarın ona qarşı sui-qəsd təşkil etdiyini iddia edib.
Bu barədə o, "Facebook" səhifəsində də yazıb: "Onlar məndən xilas olmaq istəyir. Məni şərləyə, deportasiya edə, hətta öldürə də bilər. Mənim üçün bütün bunlar problem deyil, mən qorxmuram".
Mixail Saakaşvili prezident Pyotr Poroşenkonun rəhbərliyindəki iqtidarı "oğru hakimiyyət" adlandırıb. Əlavə edib ki, o, biznesi ilə məşğuldur, buna görə ölkənin problemlərini həll etməyə nə həvəsi, nə də vaxtı var.
Mixail Saakaşvili Odessanın qubernatoru vəzifəsindən kənarlaşdırılandan sonra bu ilin iyul ayında Ukrayna vətəndaşlığından çıxarılıb. Sentyabrın 10-da isə o, tərəfdarlarının dəstəyi ilə ölkəyə qayıtmağa nail olub.
Xatırladaq ki, Gürcüstanda onun barəsində cinayət işi açıb.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV