Filippində İŞİD lideri məhv edildi

Filippində İŞİD lideri öldürülüb. APA TV-nin "Associated Press"ə istinadən məlumatına görə, terrorçu qruplaşma son vaxtlar adı çəkilən ölkədə aktivləşib və hətta böyük bir ərazini ələ keçirib.

İŞİD-lə hökumət qüvvələri arasında toqquşmalar da baş verib. Ordu ölkənin Maravi şəhərini təmizləmək üçün əməliyyatlar keçirib. Lakin terrorçuların lideri İsnilon Xapilon gizlənə bilib.

Ölkə prezidenti Rodriqo Duterte həmin döyüşlər zamanı Moskvaya səfərini təxirə salmağa məcbur olmuşdu.

Hökumətin yaydığı bəyanatda Xapilonla birlikdə onun yaxın adamlarının da məhv edildiyi vurğulanır. Onların meyitləri ələ keçirilib.
 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR