Güclü yağışlar yenidən başlayır

Oktyabrın 17-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz  mülayimləşəcək.

 

Havanın temperaturunun gecə 10-12, gündüz 13-15 dərəcə isti, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11, gündüz 15-18 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR