Azərbaycanın Ukraynadakı səfirliyi ölkədə baş verənlərə münasibət bildirib
"Yerli mühafizə orqanlarından Ukraynadakı aksiyalarda azərbaycanlıların iştirakı ilə bağlı heç bir rəsmi məlumat daxil olmayıb".
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov APATV-yə açıqlamasında belə deyib. Onun sözlərinə görə, səfirlik Ukraynada baş verən hadisələrə normal yanaşır: ""Ukraynada çoxlu sayda azərbaycanlı yaşayır. Onların icma nümayəndələri var. Biz onlarla sıx əlaqə saxlayırıq. Bir şey olanda zəng edib, məsləhət alırlar".
Səfilrik əməkdaşının sözlərinə görə, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyi öz işini normal qaydada davam etdirir.
OXŞAR XƏBƏRLƏR
15:19
533
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
530
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1224
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1139
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1132
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
428