Lənkəranda yük maşını iki piyadanı vurdu

Lənkəranda yük maşını iki piyadanı vurub, yaralılardan biri ölüb, digəri ağır yaralanıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Boladı kəndi ərazisində qeydə alınıb.

 

Axşam saatlarında yolu keçmək istəyən kənd sakinləri - 18 yaşlı Elvin Cəfərov və 23 yaşlı Nihat Hüseynovu "QAZel" markalı yük avtomobili vurub. Hər iki yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan Nihat Hüseynov xəstəxananın reanimasiya şöbəsinə, Elvin Cəfərov isə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Nihat Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb. 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR