Kürdəxanı yolunda 2 avtomobil toqquşub - ÖLƏN VƏ YARALANAN VAR
Bakıda iki avtomobilin toqquşması zamanı ölən olub. Hadisə Sabunçu rayonu ərazisində baş verib.
APA TV-nin xəbərinə görə, Kürdəxanı-Pirşağı yolunda qeydə alınmış yol nəqliyyat hadisəsində "Toyota" və "İj 2715" (Moskviç) markalı minik maşınları toqquşub. Avtoqəzanın yolötürücü dairədə baş verdiyi bildirilir. İlkin ehtimala görə, "Moskviç"in sürücüsü dairəyə daxil olarkən digər nəqliyyat vasitələrini gözləməyib və yüksək sürətlə hərəkət edən "Toyota" markalı avtomobilin qarşısına çıxıb.
Toqquşma nəticəsində "Moskviç"in sürücüsü 1963-cü il təvəllüdlü Hüseynov Tofiq Şahverdi oğlu dünyasını dəyişib, onun sərnişini 1970-ci il təvəllüdlü Babayev Mürsəl Xanlar oğlu isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəblərini Sabunçu polisi araşdırır.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV