Qırğızıstanda prezident seçkiləri - Hakim partiya liderlik edir
Qırğızıstanda prezident seçkiləri artıq başa çatıb. APA TV-nin “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştirak etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb.
Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soornbay Jeenbekova səs verib. Bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat verib.
“Son hesablamalara görə, səsvermədə 1 milyon 692 min nəfər iştirak edib, onlardan 917 mini S.Jeenbekovun lehinə səs verib. Beləliklə, Soornbay Jeenbekov 55 faizə yaxın səs qazanıb”, - məlumatda belə deyilir.
Qırğızıstan prezidentliyinə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Ölkə qanunvericiliyinə əsasən, Qırğızıstan MSK-sı 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir.
Qeyd edək ki, prezident postuna 11 namizəd iddialıdır. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Səsverməyə qədər ölkənin sabiq baş nazirləri - Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilirdi.
OXŞAR XƏBƏRLƏR
19:12
437
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
588
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
614
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
473
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
697
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
660