Samux sakini Gəncədə avtomobil zərbəsindən həyatını itirdi

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.

Samux rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 1979-cu il təvəllüdlü Quliyev Elnur Oqtay oğlunu vurub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR