Salyanda qoşqulu yük maşını aşdı, 7 təzə "BMW" əzildi
Salyanda Gürcüstana məxsus minik avtomobilləri daşıyan qoşqulu yük avtomobili aşıb, 7 ədəd yeni BMW markalı minik avtomobili əzilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı "Mersedes" markalı TIR tipli qoşqulu yük avtomobili aşıb. Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı bahalı minik avtomobilləri əzilib.
Qeyd edək ki, avtomobillər Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam Respublikasına aparılması nəzərdə tutulub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:12
437
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
588
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
614
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
473
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
697
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
660