Türkiyədən Rusiyanı qəzəbləndirəcək addım: Krımdan gələn gəmilər qəbul edilməyəcək
Türkiyə Krım sahillərindən gələn gəmiləri qəbul etməyəcək. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkənin Dəniz Ticarət Palatasından bu barədə Nəqliyyat Nazirliyindən təlimat alındığı bildirilib.
Rusiya tərəfi Türkiyə qurumlarının bu qərarını dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfərindən sonra verilməsini narazılıqla qarşılayıb və prezidentin etibarlı müttəfiq kimi davranmadığı açıqlanıb.
Türkiyənin bu addımı Ankaranın Ukrayna və Avropanı Krım məsələsində onlarla həmrəylik nümayişi kimi dəyərləndirilir. Ərdoğanın bu şəkildə hər kəslə - həm ABŞ, həm də almanlarla davrandığı iddia edilir.
Xatırladaq ki, prezident Ədroğan bir neçə gün öncə Kiyevdə Pyotr Poroşenko ilə keçirdiyi mətbuat konfransında Krımı Ukrayna ərazisi kimi tanıdıqlarını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV