İlqar Mikayıloğlu "şəxsi heyəti" tərk etdi - MÜĞƏNNİ XATUN APARICINI MAŞINSIZ QOYDU

"Maşın şou" da xanımlar və cənablar arasındakı mübarizədə bu dəfə də səsverməyə xanım iştirakçı çıxarıldı.

APA TV-nin məlumatına görə, səs üçün tamaşaçılara müraciət edən müğənni Xatun Əliyeva oldu.

Səsvermə müddətində isə gərgin anlar yaşandı. Ülviyyə Alovlu qarşı cinsin nümayəndələrini dürüst oynamamaqda ittiham etdi:

"Niyə deyirlər ki, xanımlar qruplaşıb, bizi çıxarır? Çox qorxaq oynayırlar. Maşının 65 min qiyməti var. İnsanın heç olmasa 65 min manatlıq ruhu olmalıdır. Amma buradakı oyunçuların 6 qəpiklik ruhu yoxdur".

Əməkdar artist Mehriban Xanlarova isə onun bu fikrinə sərt reaksiya verib:

"Danışanda fikir ver. Sözü ünvanına de. 6 qəpik nədir? Mənim milyonlarla qiymətim olmaz. Milyonlardan artıq olar. Təhqir eləmə. Sözünü de".

Şou başlayandan xanım iştirakçılar kişiləri qorxaq olmaqda günahlandırırlar. Qarşı tərəf isə bununla qətiyyən razılaşmır:

"Hər kəs oyununu oynasın. Kiminsə kimisə çıxartması hörmətsizlik deyil. Hörmətsizlik kimisə qaralamaqdır".

"Heç kim göstəriş verməsin. Bura hamı oynamağa gəlib. Bacarırsınızsa, mənimlə oynayın. Hamı bilir kim kimdir? Sizdən qorxacağıq. Mənim oyunum belədir. Sonra? Səndən soruşacağam necə oynayım? Sakit gözləyirəm. Qırışın".

Daha sonra oyunun gedişatında müğənni Rauf Mehriban Xanlarovanı duelə çağırdı:

"Əjdahanın başını mən kəsəcəyəm"

Səsvermənin nəticələrinə görə, Xatun Əliyeva 71,21 faiz toplayaraq şouda qalib olub. Sona qədər hədəfini açıqlamayan Xatun son anda İlqar Mikayıloğlunu şoudan uzaqlaşdırıb.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR