"Pullman Baku"da pulsuz 10 gün: YOQA, ZUMBA, YÜRÜŞ...

"Pullman Baku" hotelində "Sağlamlıq həftəsi"nə start verilib. 

 

Oktyabrın 13-dən start götürən "Sağlamlıq həftəsi" ayın 23-ə kimi davam edəcək.

Bu müddət ərzində müxtəlif tədbirlər keçiriləcək. Məqsəd insanlara sağlam həyat tərzini aşılamaq, maarifləndirməkdir.

 

"Pullman Baku" hotelinin satış və marketinq üzrə müdiri Gülnarə Əkbərova bildirib ki, məqsəd həm də bu yöndə təşkil ediləcək mühazirələrdə  sağlamlığı yalnız idmanla məşğul olaraq əldə etməyin mümkünsüzlüyünü insanlara çatdırmaqdır:  "Məqsədimiz odur ki, bütün insanlara sağlam həyatın, sağlamlığın nə olduğunu çatdıraq. Onu da qeyd edək ki, sağlamlıq təkcə idmanla məşğul olmaq deyil, həm də düzgün qidalanma, sevimli münasibətlərdədir və bunun hər biri bir yerdə gözəl balans təşkil etməlidir ki, həm işdə, həm də şəxsi həyatda insanlar xoşbəxt olsun. Biz "Pullman Baku" olaraq bu gözəl fikirləri Azərbaycan xalqına çatdırmaq istəyirik. Onun üçün hamını dəvət edirəm, bazar günü səhər saat 9-da qaçış olacaq, yürüş olacaq. "Pullman Baku" hotelindən başlayaraq "Fairmond" hotelinə kimi davam edəcək. Sağlamlıq həftəsi ilə bağlı olan bütün tədbirlər pulsuz olacaq".

 

Marketinq müdiri qeyd edib ki, tədbirlərin vaxtı "Pullman Baku" Facebook və İnstagram səhifələrindən əldə edə bilərlər: "Bu gündən açılışdır, saat 9-da yoqa pulsuzdur, hamı gəlib iştirak etsin. Bazar günü yürüşdür. Birinci gün Zumba var. Sonra sağlam həyatla bağlı müxtəlif mühazirələr var. Üzə qulluq, bədənə qulluq bununla bağlı bütün suallara cavab tapa bilərlər. Təlimçilər olacaq, çox gözəl tədbirlər olacaq, mütləq "facebook" səhifəsindən izləsinlər".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR