İŞİD minalanmış avtomobillərlə qaçqın düşərgəsinə girdi: 200 ÖLÜ

Suriyanın Deyr-əz-Zor və Haseke vilayətlərinin sərhədində terror aktı törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə qaçqın düşərgəsinin yaxınlığında baş verib.


İki avtomobilə partlayıcı quraşdıran terrorçu-kamikadzelər onları insanların sıx olduğu yerdə parladıb. Daha sonra isə üzərinə bomba bağlayan bir şəxs də eyni addımı atıb. Nəticədə 200 adam ölüb, onların çoxu uşaq, qadın və yaşlılardır.

Yaralı sayı da çoxdur. Onlar Hasekedeki və Qamışlıdakı xəstəxanalara yerləşdirilib. Yaralıların çoxunun vəziyyəti ağırdır, bu səbəbdən də ölü sayının artacağı istisna olunmur. "Biz bir neçə uşağın bədənindən qəlpələr çıxarmışıq" - deyə, xəstəxanalardan birinin baş həkimi bildirib.

Terror törədilən düşərgədəki qaçqınların əksəriyyəti Mədayay şəhərindən və onun yaxınlığında yerləşən yaşayış məntəqələrindəndir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR