Ekstrasens Nadim: "Ərli qadın deyir ki, cadu elə, varlı iş adamı ilə aram düzəlsin"
Sosial şəbəkələrdə yayılan və geniş səs-küyə səbəb olan bu video izləyicilər tərəfindən birmənalı qarşılanmamış, bu cür əməllər pislənmişdi.
"Cadunu edib bağlayırlar, bəzi mollalar insanları aldadırlar, nəsə yazırlar. Açar, gəlincik tapırıq. Mən də onları açıb cırıb atıram kənara. Gözümün qabağında neçə dəfə atıblar, cırıb tullamışam".
Mövzu ilə bağlı söhbətləşdiyimiz ekstrasens Nadim deyir ki, səmavi kitabların hər birində cadu, nəfis var. O, dəfələrlə evlərdən cadu çıxararaq, həmin prosesi sosial şəbəkələrdə paylaşıb. Nadimin sözlərinə görə, bir çox fırıldaqçı ekstrasens, baxıcılar var ki, öz reklamları üçün bu kimi vəziyyətlərdən istifadə edirlər:
"Bunun elmi universiteti olmadığı üçün, hissiyyat üzərində qurulmuş bir şeydir deyə, bundan istifadə edənlər çoxdur. Biz dəfələrlə görmüşük ki, bir insanda əməl var, amma onun əməli təmizlənməyib, evindən cadu çıxıb. Əgər o, evdən cadu çıxarıbsa, onu necə təmizləmək lazım olduğunu da bilməlidir. Real olaraq çıxarmalıdır, məsələn, qoldan açsın. Harasa nəsə ataraq çıxaran çoxdur. Onlar olduğu təqdirdə, insanlara kömək olmadığı təqdirdə, insanlar təşviş içinə düşür və iki fikir yaranır. Bu var idisə, demişdi ki, bu çıxarandan sonra yaxşı olacaq, bəs niyə yaxşı olmadı. Çünki o şarlatanların çoxu pul qazanmaqdan ötrü edilər".
Ekstrasens onun yanına qara məqsədlər üçün gələnlərin çox olduğunu inkar etmir:
"Yaxşı işlər mənə 5-10 manat xeyir verirsə, mən pis işi niyə görüm? İkincisi, mən pis işi gördüyüm təqdirdə, yaxşı işi görə bilməyəcəm. Bu yaxınlarda bir adam gəlmişdi, deyir, "bir məmurun oğlu ilə sevgiliyəm, onun arvadı dünyaya ikinci uşaq gətirir, istəyirəm mənə kömək edəsən, onun uşağının dünyaya gəlməsini istəmirəm, artıq üçüncü ayda olduğunu eşitmişəm. Mən istəyirəm o, həyat yoldaşından boşanıb məni alsın". Dedim, mənim gücüm ona çatır, edə bilərəm, amma etmərəm. Birincisi, günahdır, ikincisi, mən qara iş görmürəm. Çoxlu pul təklif etdi, dedim yox".
Nadim bildirir ki, bu gün qara magiya ilə məşğul olanlar daha çox üstünlük təşkil edir:
"Qaralıq etmək çox rahatdır. Həm tez baş verir, həm də rahatdır. Çürüyən əşyaların üzərində görülən işdir, o çürüdükcə tez təsir edir. Amma ağ magiyanı etmək, insanın yolunu açmaq, hər hansı yaxşılıq etmək üçün etap məsələləri var. Onun bədəninə olunmuş qara magiyanın təsirinə baxır ki, nə qədər vaxtdır, nə qədər bədəninə təsir edib və neçənci qatdadır. Hətta qara magiya insanları ölümə aparır. Qara magiya ilə məşğul olanlar daha çox pul qazanır. Azərbaycanda və İranda bu şeylərə daha çox rast gəlmək mümkündür".
Ekstrasensin sözlərinə görə, bəzi xanımlar kişiləri özlərinə cəlb etmək məqsədilə qara magiyadan istifadə edir:
"Qız gəlir ki, bu oğlanı mən sevirəm, elə et ki, o, məni alsın. Onun beynini özündən çıxartmaq qara magiya ilə daha tez alınır, amma axırı olmur. Həmin adam ya xəstəliyə düşə bilər, ya da qəzaya. Yaxud bir müddətdən sonra qara magiya təmizlənəndən sonra həmin adam onun həyatından çıxıb gedəcək. Bəzi vaxtlarda olur ki, istək olmasa da, magiya yolu ilə edildikdə istəyə dönüb davam edir, uşaq-filan olur deyə. Bəzi vaxtlarda isə onu görməyə gözü olmur. Təsiri keçdikdə, qurd kimi, ilan kimi görür. O anda da ayrılıqlar baş verir. Ya yenidən magiya yolu ilə əlində saxlamalıdır, ya da ayrılıqla bitməlidir. Qara magiya mütləq şəkildə bir ziyanla sonlanır".
Nadim hesab edir ki, qara magiya ilə iş görmək üçün enerji aləmindən bəhs edən elmi bilməlisən:
"Elm iş görmək üçün lazımdır. Hansı əşyanın içərisində energetika var? Sənin üçün iş görürəm ki, sevgilin olsun, sən sevəsən birini. Mən hansı materialın üzərində olan enerji sənin bədənində olan enerjiyə düşərlidirsə, mən onun üzərində edəndə nəticə verə bilir. Kitablardan surələri yazıb köçürdür, bunu döşəyinin altına qoy - onlar boş şeylərdir. Cəfir deyilən bir elm var. Bu elmi bilən adamlar insanların doğulduğu il, ay, gün tərsinə bir-birinə vurduğu zaman, pin kodu bildikdə, hansı enerjidə olduğun çıxır ortalığa və bilinir ki, hansı heyvan növünə, hansı bitki enerjisinə daha yaxınsan və həmin enerjini içində daşıyan əşyalardan sizin üçün iş gördüyü təqdirdə, sizin işiniz düzələ bilər, yaxud pis eləmək olar. Pis şeylər çürüyən şeylərin üzərində etmək mümkündür. Bəziləri götürür ceyran dərisi, yaxud qurdun dişində yaxşı iş görmək istəyir, amma bu mümkün deyil".
Ekstrasens hazırda baxıcılara daha çox kişilərin müraciət etdiyini deyir. Müraciətlərin əksəriyyəti isə maddi durum və bəxt məsələləri ilə bağlı olur:
"Mənə əvvəllər kişilər dostluq atanda mən qəribə olurdum. Düşünürdüm kişilər o qədər də getməz belə şeylərə. Açıq şəkildə sosial şəbəkədə dostluq atır və orda da açıq deyir ki, mən sənin qəbuluna düşmək istəyirəm. Kişilər daha çox işləri barəsindədir. Kişilərin pulu olanda sevgi qazana bilirlər. Kişinin pulu olanda qız tapmağı asan olur. Pullu kişilərə qadınlar yox demir. Evli qadınların bir çoxunu tanıyıram ki, deyir ərim və uşağım da var, mənim müdirim var, yaxud da bir biznesmenlə tanış olmuşam, soyuyub ara, nə isə et də qayıtsın. Biri var sırf istək üzərində. O çox azdır, amma gələn insanların əksəriyyəti deyir, ailədə vəziyyət pisdir, mən məcburam bu pullu kişi ilə münasibət qurum. Kişiyə yanaşmanın səbəbi yalnız onun pulu ilə bağlıdır".
Belə, ekstrasensin də dediyi kimi, bu işlərin sonu yoxdur, odur ki, kiməsə pislik etməyi fikirləşəndə iki dəfə düşünün, bilin ki, bu, hər iki tərəfə zərbə vuracaq. Odur ki, hər şeyi öz axarına buraxmaq daha məsləhətlidir.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV