Amerikalı diplomat: "ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlıq var"
"ABŞ və Azərbaycan hökumətləri arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq mövcuddur".
APA TV-nin məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.
U. Gil ABŞ və Azərbaycan arasında qlobal terrorçuluğa qarşı aparılan mübarizədə gözəl əməkdaşlıq mövcud olduğunu bildirib: "Qlobal müstəvidə Azərbaycanın verdiyi töhfələrə görə biz Azərbaycana çox minnətdarıq. Azərbaycan əsgərləri NATO-nun Əfqanıstanda "Taliban"a qarşı aparılan əməliyyatlarında, o cümlədən sülhməramlı əməliyyatlarda iştirak edirlər. Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barəsində danışarkən onu qeyd etməliyəm ki, dünən Azərbaycanda səfərdə olan müdafiə nazirimizin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper də bu sahədə tərəfdaşlığı yüksək qiymətləndirdi".
OXŞAR XƏBƏRLƏR
19:12
437
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
588
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
614
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
473
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
697
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
660