6 min ev külə döndü, 100 min insan köçürülür, ölü sayı artdı - ABŞ-DA MEŞƏ YANĞINLARI

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

 

APA TV-nin məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.

 

Yanğın azı 5 min 700-dən çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib, təxminən 90 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda bölgədə 17 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Yerli canlı qüvvəyə Kanada və Avstraliyadan gələn yanğınsöndürənlər kömək edir. 

100 nəfərin taleyi naməlum olaraq qalır.

 

Prezident Donald Tramp Kaliforniyanın şimal bölgəsini fəlakət zonası elan edib və müvafiq qurumlara bölgəyə yardım göndərmək üçün tapşırıq verib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR