Trampın gözlənilən çıxışı: nüvə razılaşması ləğv edilmədi, amma havada qaldı
Prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib. APA-nın məlumatına görə, Vaşinqtonda çıxış edən D. Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.
ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
19:12
437
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
588
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
614
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
473
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
697
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
660