Bakıda qardaş qardaşı bıçaqladı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.
Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan Oqtay Qarayev əməliyyat olunub. Zərərçəkən çoxlu qan itirsə də, həkimlər onun həyatını xilas edə biliblər. Buna baxmayaraq, yaralının vəziyyəti ağır olaraq qalır.
Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:12
437
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
588
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
614
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
473
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
697
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
660