YUNESKO-nun yeni baş direktoru beşinci cəhddə seçildi
Fransalı siyasi xadim, ölkənin sabiq mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru seçilib. APA TV-nin məlumatına görə, sonuncu səsvermədə onun namizədliyinin lehinə YUNESKO İcraiyyə Şurası üzvlərinin çoxu səs verib. Odre Azule beşinci turda 30, onun rəqibi, Qətərin sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari 28 səs toplayıb.
YUNESKO-nun yeni rəhbəri təşkilatın gələn ay keçiriləcək 39-cu Baş konfransında təsdiqlənəcək. YUNESKO tarixində Fransa nümayəndəsi ikinci dəfədir baş katib seçilir. İlk fransalının baş direktor seçilməsindən 50 ildən çox vaxt ötür.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV