Bakıda yük maşını "Jiquli"nin üstünə aşdı

Metronun “Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

 

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

 

“Bakı Metropoliteni ” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

 

 

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramova ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR