Misir OPEK+ razılaşmasından imtina etdi - BU, QİYMƏTLƏRƏ TƏSİR EDƏCƏKMİ?
Dünya bazarında xam neftin qiymətlərində bahalaşma qeydə alınıb.
APA TV-nin məlumatına görə, qiymətlərə əsas təsir edən səbəblər ABŞ-da neft ehtiyatlarının azalması və OPEK-in istehsalı azaltma siyasətinin vaxtının uzadılmasıdır.
ABŞ-da xam neft ehtiyatları bir həftə ərzində 2,75 milyon barel azalıb. Qiymətlərin 50 dolların üzərində olması bu ölkədə qaya nefti hasilatçılarına sərf edir və buna görə hasilatın artması gözlənilir. Bu, qiymətlərə mənfi təsir edə bilər.
Digər tərəfdən Misir neft hasilatının azaldılmasına dair OPEK və bir neçə qeyri-kartel ölkəsi arasında imzalanan razılaşmaya (OPEK+) qoşulmamağı planlaşdırır. Bu barədə ölkənin baş naziri Şərif İsmayıl bildirib.
"Misir OPEK+ sazişinə qoşulmayacaq, çünki ölkə demək olar ki, heç nə ixrac etmir, hasil edilən xammalın xeyli hissəsi yerli neft emalı zavodlarında istifadə olunur", - deyə Şərif İsmayıl bildirib.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV