NATO rəsmisi: "Türkiyənin Rusiya ilə yaxınlaşması..."
Türkiyənin Rusiyadan C-400 zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb. APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.
"Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır" - deyə, Key Beyli Xatçison "Washington Post"a müsahibəsində qeyd edib.
Bununla belə, K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
"ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil" - deyə, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi bildirib.
OXŞAR XƏBƏRLƏR
19:12
456
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
606
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
634
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
476
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
703
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
667