Türk ordusu Suriyanın İdlib şəhərinə girdi
Türkiyə Silahlı Qüvvələrinin kontingenti Suriyanın İdlib şəhərinə daxil olub.
APA TV-nin məlumatına görə, kontingentə təxminən 200 xüsusi təyinatlı, 12 zirehli texnikada cəlb edilib.
Bundan əvvəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, Türkiyənin Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı bölgəsinə xeyli sayda hərbi nəqliyyat vasitəsi və təcili yardım maşınları cəmləşdirilib. Bu nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb ediləcək.
Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür. Hərbi kontingentin İdlibdə yerləşdirilməsi prosesindən əvvəl 8-11 oktyabr tarixlərində kəşfiyyat əməliyyatı keçirilib.
OXŞAR XƏBƏRLƏR
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV