"Neftçilər"də bir kişini bıçaqladılar, vəziyyəti ağırdır
Gecə saatlarında paytaxtda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin xəbərinə görə, qanlı hadisə Bakının Nizami rayonu Məzahir Rüstəmov küçəsində, metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.
Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 25-30 yaşlarında bir kişi naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahi əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olduğu üçün hadisənin hansı səbəbdən baş verdiyini dəqiqləşdirmək mümkün olmayıb.
Hazırda Nizami RPİ və 25-ci Polis Bölməsinin əməkdaşları təfərrüatları araşdırır.
OXŞAR XƏBƏRLƏR
19:12
457
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
607
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
635
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
476
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
703
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
668