Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib
Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.
Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.
OXŞAR XƏBƏRLƏR
19:12
457
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
607
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
635
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
476
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
703
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
668