Bakıda xəzri əsəcək, bölgələrdə yağış yağacaq
Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-15, gündüz 17-20 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
19:12
470
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
621
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
646
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
478
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
706
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
670