Madrid Kataloniyaya düşünmək üçün vaxt verdi
Kataloniya rəhbəri Karles Puçdemon oktyabrın 16-dək regional hökumət tərəfindən imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməlidir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İspaniya hökumətinin başçısı Mariano Rahoy parlamentin aşağı palatasında çıxış edərkən bəyan edib.
“Cavab müsbət olsa və yaxud olmasa, Puçdemon müstəqillik bəyannaməsinin ləğvi barədə qərar verməlidir”, deyə M. Rahoy qeyd edib. Onun sözlərinə görə, buna görə muxtariyyət rəhbərliyinə oktyabrın 16-dək vaxt verilir.
Ötən gün Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.
OXŞAR XƏBƏRLƏR
19:12
470
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
621
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
646
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
478
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
706
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
670