Kaliforniyada yanğın qurbanlarının sayı 21-ə çatdı
ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
APA TV-nin “The Washington Post”a istinadən verdiyi xəbərə görə, bunu yerli yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott bəyan edib.
"Bu ciddi, faciəli bir hadisədir", deyə K.Pimlott qeyd edib.
Qeyd edək ki, Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib. Kaliforniyanın şimalında meşə yanğınları üzündən 20 min insan evini tərk etmək məcburiyyətində qalıb. Yanğın 3500-dən çox ev və inzibati binanı tam və ya qismən məhv edib.
OXŞAR XƏBƏRLƏR
19:12
470
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
621
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
646
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
478
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
706
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
670