Şəmkirdə iki avtomobil toqquşdu

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş  verib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ-21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR