Lənkəranda yol tikənlər qəzaya düşdü
Lənkəranda avtomobil idarəetməni itirərək aşıb, iki nəfər xəsarət alıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə yeni tikilən Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin yolda tikintidə çalışan işçilərə məxsus “Mitsubishi” markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan 2 nəfər ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanların Kürdəmir rayon sakini, 27 yaşlı Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 35 yaşlı Elmin Məmmədov olduğu bildirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
İlkin məlumata görə, xəsarət alanlar Ələt-Astara-İran yolunun tikintisində çalışırlar.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB