Xaçmaz sakininin Saatlıdakı alveri baş tutmadı - POLİS QOYMADI

Saatlıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Xaçmaz rayon sakini, 54 yaşlı Orucağa Mirzalıyev ümumi çəkisi 3,5 kq olan narkotik vasitə olan qurudulmuş marixuananı Saatlıya gətirərkən polis əməkdaşları tərəfindən isti izlərlə saxlanılaraq  istintaqa cəlb olunub. Külli miqdarda olan narkotik vasitə isə sənədləşdirilərək götürülüb.

 

İstintaq bölməsinin rəisi Əvəzağa Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxs dindirilmə zamanı etiraf edib ki, həmin narkotik vasitəni Gəncədən istintaqa naməlum mənbədən əldə edərək, Saatlıya satış məqsədilə gətirib: "Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 - yəni narkotik maddənin satış məqsədilə külli miqdarda əldə etmə maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır. Orucağa Mirzalıyev barədə həbs-qətimkan tədbiri seçilib və onun narkotik vasitənin haradan əldə etməsi barədə əməliyyat istintaq tədbirləri davam etdirilir".

 

Qeyd edək ki, Orucağa Mirzalıyev müxtəlif cinayətlər üzrə əvvəllər də məhkumluq həyatı yaşayıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR