ABŞ "Hizbullah"ın liderlərinin başına külli miqdarda pul qoydu
ABŞ "Hizbullah" təşkilatının iki liderinin başına külli miqdarda pul qoyub. APA TV-nin məlumatına görə, bu barədə ABŞ hökumətinin "Twitter" səhifəsində yazılıb.
Bu addımın terrorçuluğa qarşı mübarizə məqsədilə atıldığı qeyd olunur. Qruplaşmanın xarici təhlükəsizliyinin təminatına və beynəlxalq fəaliyyət istiqamətlərinə rəhbərlik edən Talal Hami və səhra komandiri Fuad Şükürün yerini bildirən şəxslərə 12 milyon dollar ödənəcək.
Bu şəxslər terror hücumlarının planlaşdırılması və törədilməsində ittiham olunur. Fuad Şükür 1983-cü il oktyabrın 23-də Livanda sülhməramlıların kazarmasının partladılmasında təqsirləndirilir. Həmin hadisə zamanı ölən 307 nəfərdən 241-i ABŞ hərbçisi olub. Hazırda Şükürün "Hizbullah"ın Suriyada Əsəd tərəfdən döyüşən birləşmələrinə rəhbərlik etdiyi deyilir.
Xatırladaq ki, "Hizbullah" başda ABŞ və İsrail olmaqla bir neçə ölkədə terrorçu qruplaşma kimi tanınır.
OXŞAR XƏBƏRLƏR
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB