Ata oğlunu özü ilə oğurluğa apardı - SUMQAYITDA DƏSTƏ TUTULDU

Sumqayıtda akkumulyator oğruları tutulub.

 

APA TV-nin xəbərinə görə, Oktay İbrahimov adlı şəxs oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində ona məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verib.

 

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.

 

Saxlanılan Azər Güləliyev törətdikləri cinayəti etiraf edib: "Sumqayıt şəhərindən ayrı-ayrı vaxtlarda maşınlardan 7  ədəd  akkumulyator  oğurlamışam. Onun 4-nü bir yerə, 3-nü isə metal qəbulu məntəqəsinə vermişəm". 

 

Saxlanılan Rasim Talıbov isə sovet istehsalı olan maşınlardan oğurladıqları akkumulyatorların birini 20 manata satdıqlarını deyib.

 

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyən edilib. Metal qəbulu məntəqələrinin sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR