Cəbhədə düşmən hərbçisi məhv edilib

Dağlıq Qarabağda düşmən əsgəri ölüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə oktyabrın 10-da, təmas xəttinin şimal-şərq istiqamətində qeydə alınıb.

Ermənistan Müdafiə Nazirliyi 1998-ci il təvəllüdlü Çaplin Markaryanın qarşı tərəfdən açılan atəş nəticəsində öldüyünü deyir.

Xatırladaq ki, son günlər Ermənistan silahlı qüvvələrinin birləşmələri təmas xəttində yenidən gərginliyi artırmağa cəhd edir. Azərbaycan Müdafiə Nazirliyi bu cəhdlərin davam edəcəyi təqdirdə qarşı tərəfə ən sərt cavab veriləcəyini dəfələrlə bəyan edib.


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR