Səudiyyə Ərəbistanı gündəlik hasilatı 560 min barel azaldacaq, neft sürətlə bahalaşır
Səudiyyə Ərəbistanının noyabr ayında gündəlik hasilatı yarım milyon bareldən çox azaltmaq niyyəti nefti bahalaşdırıb.
APA TV-nin məlumatına görə, ölkənin Energetika Nazirliyi OPEK razılaşması çərçivəsində gələn ay hasilatı 560 min barel azaldacaqlarını açıqlayıb.
Bu açıqlama birjalarda qlobal neft paktı çərçivəsində öhdəliklərin yerinə yetiriləcəyinə ümidləri artırır və optimizm neftin qiymətlərində özünü göstərir.
Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 56,73 dollardan satılır, Qərbi Texas neftinin qiyməti isə gün ərzində 2 faizdən çox bahalaşıb. Hazırda WTİ neftinin bir bareli 51,11 dollardan satılır, iki marka arasında qiymət fərqi isə yenidən 5,6 dollara enib. Bu, ABŞ-ın neft sənayesi sektorunda canlanmanın bərpa olunduğunu göstərir.
Amerika Neft İnstitutunun və ABŞ Energetika Nazirliyinin ölkənin neft və benzin ehtiyatlarının həcminə dair hesabatları bir gün ləngiyib. Buna səbəb ABŞ-da bazar ertəsinin qeyri-iş günü olmasıdır. Amerika Neft İnstitutu proqnoz xarakterli hesabatı bu gün axşam saatlarında açıqlayacaq. Hesabatın qiymətlərin formalaşmasına ciddi təsir edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB