Tillerson Trampa "axmaq" dedi? - "IQ TESTİMİZİ MÜQAYİSƏ EDƏK"

Başda "NBC" telekanalı olmaqla, bir çox xəbər kanalının, ABŞ-ın dövlət katibi Reks Tillersonun prezident Donald Trampı "axmaq" (moron) adlandırması ilə bağlı səsləndirdikləri iddia ölkədə yeni müzakirələrə səbəb olub. APA TV "Euronews"a istinadən xəbər verir ki, bu iddiaya Ağ Evdə də biganə yanaşılmayıb.

"Forbes" jurnalına müsahibə verən prezident Tramp bununla bağlı sualı özünəməxsus tərzdə cavablandırıb. Əvvəlcə bunun bir yalan olduğunu deyən Tramp, əks təqdirdə IQ test nəticələrini müqayisə etməyi də təklif edib.

"Əgər o bu sözü deyibsə, onda IQ test nəticələrimizi müqayisə etməliyik. Kimin qələbə qazanacağını isə əvvəlcədən deyə bilərəm", - prezident belə deyib.

O həmçinin jurnalistin "Tillersona etibar edirsinizmi?" sualını da "bəli" deyə cavablandırıb.

Amerika mətbuatının geniş yaydığı bu xəbərə Ağ Evdən də münasibət bildirilib və Trampın bu cavabının "zarafatdan başqa bir şey olmadığı" qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR