Puçdemon o bəyannaməyə imza atdı - MÜSTƏQİL KATALONİYA?
Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən deputatlar da imzalayıblar.
Qeyd edək ki, Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.
K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.
Bununla belə o vurğulayıb ki, 1 oktyabr tarixli səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb.
OXŞAR XƏBƏRLƏR
12:09
138
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
482
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
632
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
650
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
481
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
708