Bir il davam edən narazılığın sonu: qonşunu küçəyə çağırıb bıçaqladı
Ağstafada 28 yaşlı gənc həmkəndlisi tərəfindən bıçaqlanıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib.
Kənd sakini, 27 yaşlı Zaur Rəhimov gecə saatlarında qonşuluqda yaşayan Anar Kərimovu yaşadığı evdən çağıraraq ona bıçaq zərbələri endirib və hadisə yerindən uzaqlaşıb. Zaur Rəhimov qol və sinə nahiyələrindən aldığı yaralarda xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Yaralının özünün və yaxınlarının dediyinə görə, insident bir il əvvəl onların arasında baş verən xırda münaqişə zəminində olub. Ağstafa polisinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Zaur Rəhimov tutularaq istintaqa cəlb olunub. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:09
137
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
482
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
632
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
650
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
481
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
708