Türk ordusunun girdiyi İdlibdə döyüşlər başladı
Türkiyə Silahlı Qüvvələrinin dünən daxil olduğu Suriyanın İdlib bölgəsində terrorçularla döyüş olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, atəş səsləri Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində eşidilib.
Döyüşlər Azad Suriya Ordusu ilə "Şamın Fəthi Cəbhəsi" terror qruplaşması arasında gedir. İdlib əməliyyatına dəstək üçün Türkiyə-Suriya sərhədinə texnika və canlı qüvvə daşınması isə davam edir.
Sərhədin Türkiyə tərəfində yerləşdirilən "Fırtına" toplarından atəş üçün əmr gözlənilir. Bölgəyə tank birləşdirmələri də gətirilib.
Bu arada Türkiyə xüsusi təyinatlıları İdlib bölgəsində kəşfiyyat fəaliyyətini davam etdirir.

OXŞAR XƏBƏRLƏR
12:09
137
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
482
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
632
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
650
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
481
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
708