"Maşın Şou": əməkdar artist müğənnini çıxartdı

“Maşın şou”nun 15-ci sürətinin ilk günü səsvermə kürsüsünə təcrübəli iştirakçılardan Mehriban Xanlarova çıxıb.

 

APA TV-nin məlumatına görə, əməkdar artist kürsüyə öz təşəbbüsü ilə çıxdığını bildirib: “Burada doqquz kişi var. Amma onuncu kişi mənəm. Çünki doqquz kişidən hər birinə dedim ki, bu realiti şoudur, birimiz çıxmalıyıq. Kişilərdən səs çıxmadı. Mən kişidən səs çıxdı”.

 

Səsvermənin gedişatında gərginlik daha da artıb. Mehriban Xanlarova mübarizəsinin yalnız kişilərlə olduğunu desə də və konkret ad açıqlamasa da, sonradan məlum olub ki, Vüqar Muradovun bir kəlməsi onun xoşuna gəlməyib və şounun sonuna doğru Mehriban xanım hədəf olaraq məhz onu göstərib.

 

Sonda isə 52,72 faiz səs toplayan Mehriban Xanlarova müğənni Vüqar Muradovu şoudan uzaqlaşdırıb: “Mən oyundan qabaq plan qurmuşdum ki, Talıb Talehi oyundan uzaqlaşdırım. Amma Vüqar ağzında söz saxlaya bilmədi. Ona görə də mən onu oyundan uzaqlaşdırıram”.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR