Tovuzda mağazanı qarət edən oğrular qaçdı

Tovuz rayonunda ərzaq mağazasından oğurluq edilib.

 

APA TV-nin Qqərb bürosunun verdiyi məlumata görə, gecə saatlarında Tovuz şəhərində Zakir Aslanova məxsus ərzaq mağazanın qapısının şüşəsini sındıraraq içəri daxil olan şəxs və ya şəxslər orada xeyli siqaret, danışıq kartı və pul aparıblar.

 

Əraziyə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR