Ərdoğan mətbuat konfransında mürgülədi - HADİSƏ ANI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə keçirdiyi mətbuat konfransında mürgüləyib.


APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Poroşenkonun çıxışı zamanı Ərdoğan qəfildən yuxuya gedib.

Kadrlardan Türkiyə dövlət başçısının yorğun olduğu açıq hiss olunur. Ərdoğan mürgülədikdən sonra ayılır, amma sonra yenə eyni hal təkrarlanır.

Bunu hiss edən Poroşenko ucadan danışmağa başlayır və hətta əli ilə yavaşca masaya vurur.

Xatırladaq ki, Türkiyə və Ukrayna prezidentləri oktyabrın 9-da Kiyevdə görüşüblər. Ərdoğan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini və Krımı adı çəkilən ölkənin ayrılmaz hissəsi kimi qəbul etdiklərini bildirib.
 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR