Səudiyyə Ərəbistanına raket zərbəsi endirildi - ƏR-RİYAD SUSUR
Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan yayılan məlumata dair hələ ki, şərh verilməyib.
Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub.
Yəməndə üsyançı husilərlə sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub