OPEK rəhbəri açıqlamalar verdi, neft bahalaşdı
OPEK rəhbəri Məhəmməd Barkindonun son açıqlamaları neftin bahalaşması prosesini dəstəkləyib. APA TV-nin məlumatına görə, OPEK rəhbəri bildirib ki, bazarda balansın yaranması tempi sürətlənir, burada kartel üzvlərinin qlobal neft paktı çərçivəsində öhdəliklərə riayət etməsi önəmli rol oynayır. ABŞ-da şist neftinin hasilatı tempinin azalmasına diqqət çəkən Məhəmməd Barkindo bildirib ki, dünyada neftə olan tələbatın daha da artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, anbarlarda və tankerlərdə saxlanan neft ehtiyatlarının həcmi azalır. Dərhal satınalma qiymətlərinin fyüçers qiymətlərindən baha olması səbəbilə tankerlərdə neft ehtiyatlarının azalması prosesi son zamanlar sürətlənib.
Bu açıqlamalar neftin qiymətinin yenidən bahalaşmasına səbəb olub. Hazırda “Brent” markalı neft 55,85 dollara satılır, Qərbi Texas nefti isə 49,64 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi OPEK-in qiymətlərin müəyyənləşməsində rolunun gücləndirdiyini göstərir.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair növbəti həftəlik hesabatı açıqlayacaq. Birja iştirakçılarının əsas diqqəti ölkənin benzin ehtiyatlarının həcminə yönəlib, ehtiyatların azalması neft emalı müəssisələrinin istehsal imkanları barədə təsəvvür formalaşdırmağa imkan verəcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub