Ərdoğandan ABŞ-a cavab: “Türkiyə qəbilə dövləti deyil”
Rəsmi Ankara ABŞ tərəfinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq qərarından təəssüf edir.
APA TVnin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
“ABŞ-ın Ankaradakı səfirliyinin qərarı bizi təəssüfləndirdi. Türkiyə hüquqi dövlətidir. Biz bir qəbilə və ya qəbilə dövləti deyilik. Bu səbəbdən Türkiyənin Vaşinqtondakı səfirliyi eynilə cavab verib”, deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub